Məhsul kodu: 1723
“Burada virtuallıqla reallıq bir-birinin güzgüdəki simmetrik əksi kimidir, hansının orijinal, hansının proyeksiya olduğu bəlli olmur. Qoy, buna hər oxucu özü qərar versin. Sənətin ustalığı məhz budur: çoxyozumluluq. Bu mənada “Çöl Qala” əsəri bədii sənətin “sartrean” şərtini bütünlüklə ödəyir”.
Ağalar Məmmədov
“Vahid Qazi “Çöl Qala” əsərində günümüzün, bəlkə də bütün zamanların insan mahiyytinə aid ağrılı bir məqamına toxunub; İnsan yalnızlığına. Öz evində, ailəsində, çevrəsində yalnız qalan insanın kədərli çırpıntısına, məyusluğuna. Və bütün yazıların son acı nöqtəsinə”.
Mehriban Vəzir
“Çöl Qala”da qəhrəmanlar çağdaş cəmiyyətimizin “onlayn sevgi oyunları” iştirakçılarına parodiya kimi verilmir, əksinə, yazar “onlayn” qeyri-reallığından, “mifikliyindən” ideyasını reallaşdırmaq üçün məqsədəuyğun bir vasitə kimi istifadə edir”.
İradə Musayeva
“Canlı həyatla dialoq, müasir həyatın qarşımıza çıxardığı problemlərə həssas, təfərrüatlı münasibət, məhz təfərrüatlarda həyatın nəfəsini qoruyub-çatdırmaq bacarığı Vahid Qazinin yazı tərzinə xasdır”.
Tehran Əlişanoğlu