Məhsul kodu: 1943
Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını 20-ci illərinə aid edirlər. Elmi fantastika Azərbaycan ədəbiyyatında geniş yayılmasa da, bəzi örnəkləri olmamış deyil. Yazar Fərhad Məmmədovun bu janra üz tutması bəlkə də ədəbiyyatımızda “elmi-fantastik boşluğu” müəyyən qədər dolduracaq və öz azərbaycandilli oxucu çevrəsini yaradacaq.
“On il zirzəmidə” kitabına gənc yazarın “Qorxulu əhvalatlar” mistik və elmi-fantastik hekayələr silsiləsindən iki – “Neytron” və “On il zirzəmidə” hekayələri salınıb. Hekayələr gözlənilməz, qorxulu və ağılçaşdıran sujet xətti ilə maraq doğurur.