Məhsul kodu: 2953
Xatirə Ədəbiyyatı silsiləsindən 14-cü kitab.
Əsrin əvvəllərində “rus ordusu artileryasının əjdahası” sa-yılan general Əliağa Şıxlinskinin adı bütün dünyada şöhrət qazan-dı. “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu”– hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi, xarici ordularda belə ona geniş maraq oyandı.
Azərbaycan xalqının fəxri, general-leytenant Əliağa Şıxlinsi-kinin bizə yadigar qalan “Xatirələrim” kitabında onun kadet tələ-bəliyindən ordu komandanı kimi şərəfli bir vəzifəyə yüksəldiyi yol maraqlı təsvir edilmişdir. Kitab gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq.