Gözqamaşdırıcı Zülmət

Məhsul kodu: 2974

  • 7 AZN
  • 5.6 AZN


Müəllif
Artur Köstler
Kateqoriya
Proza , Siyasət
Nəşriyyat
Xan Nəşriyyatı
Səhifə
220
Tərcümə
Səbuhi Şahmursoy
Təmin edilmə
1-3 İş günü
Stock
72

Qısa məzmun

Bu əsərin maraqlı taleyi var, belə ki, əvvəlcə “Rubaşov” adlı alman dilində olan əlyazması itkin düşür. Xoşbəxtlikdən onda “Günorta çağı zülmət” adlanan ingiliscəyə tərcümə olunmuş versiyası hazır idi. Fransızca bu əsər “Sıfır və sonsuzluq” adı ilə məşhurdur, əlinizdə tutduğunuz bu kitab isə ruscadan (“Слепщая тыма”) tərcümə olunduğu üçün adı eynilə saxlanılıb.

Artur Köstler (1905-1983) çətin, faciəvi çalarlarla dolu ömür yaşayıb. Milliyyətcə yahudi olan Köstler Budapeştdə doğulub, uşaqlıq və gənclik illərini Macarıstan, Avstriya və Almaniyada keçirib. Jurnalist kimi Avropa məşhurluğunu hələ gənc ikən əldə edib: 1926-29-cu illər arası alman nəşrlər birliyi “Ulştayn”ın Yaxın Şərqdəki müxbiri olaraq çalışır, 1929-30-cu illər arası isə Parijdə işləyir. Köstler 1931-ci ildə “Qraf Çeppelin” dirijablında Şimal qütbünə səyahət edən yeganə avropalı jurnalistdir. Yazıçı 1930-cu illərin ortalarında Mərkəzi Asiyaya, Sovetlər İttifaqına, eləcə də Azərbaycana uzunmüddətli səfər edir.

Artur Köstlerin uzun illər qabaq yazılmış “Gözqamaşdırıcı zülmət” romanı elə bu gün üçün də böyük maraq kəsb edir. Roman Sovet İttifaqı ölkələrinin daxili həyatının xaricdə necə qəbul olunduğuna, sosialist ölkələri və yeganə dünyəvi kommunist hərəkatının Stalin terroru nəticəsində yaranan beynəlxalq imicinə ətraflı işıq salır, bu rejimin iç üzünü göstərir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar