Məhsul kodu: 2981
Kommentariyanın bu cildinə Mülki Məcəllənin xüsusi hissəsinin 567-1325-ci maddələrin- də nəzərdə tutulmuş qanundan və müqavilələrdən əmələ gələn öhdəlikləri və vərəsəlik hüququnu tənzimləyən mülki-hüquq normalarının elmi-praktiki şərhləri daxil edilmişdir.
Bu cilddə mülki-hüquq münasibətlərinin yaranmasında aparıcı yer tutan və həyatın müxtə- lif sahələrində geniş tətbiq edilən qanun və müqavilələrdən əmələ gələn əmlakın mülkiyyətə və ya istifadəyə verilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi üzrə münasibətləri tən- zimləyən mülki-hüquq normalarının şərhi verilmişdir.
Mülki Məcəllənin qanundan və müqavilədən əmələ gələn öhdəlikləri, həmçinin vərəsəlik hüququnu tənzimləyən maddələrinin şərhi hüquq təhsili alanlar, hüquq tətbiqi fəaliyyəti ilə məşğul olanlar, yeni iqtisadi münasibətlər şəraitində geniş əhatəli mülki hüquqi münasibətlə- rin iştirakçıları olan bütün fiziki və hüquqi şəxslər, eləcə də mülki hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.