Məhsul kodu: 3055
Mariya Montessorinin ən böyük, qabaqcıl nailiyyəti uşağın inkişafında ilk altı ilin həlledici əhəmiyyətini müəyyənləşdirməsi olub. Bu müddət ərzində uşağın mənimsəmə gücü maksimumdur. Onu həyatı boyu müşayiət edəcək öyrənmə tərzi və üslubu bu dövrdə formalaşır. Montessori təlim sistemi məhz bu həssas mərhələdə uşağınızı məsuliyyətli, düşünən fərd kimi yetişdirməyiniz üçün sizi zəruri imkanlarla təmin edir.
Ən çox satılan kitablar arasında olan bu nəşr vasitəsilə minlərlə valideyn evdə uşaqlarına dinamik Montessori təlimini təqdim edib. Burada təqdim olunan həlli asan Montessori çalışmaları, texnikaları və materialları uşağınıza kəşf etmə və düşünmə qabiliyyətini aşılayır, onun gələcək təlim həyatı üçün möhkəm zəmin yaradır. Bir yaşdan beş yaşa qədər məktəbəqədər dövrü əhatə edən dərslər oxumaq və yazmaq, riyaziyyat, duyğu, qavrayış və praktik həyat situasiyaları ilə bağlı bacarıqları inkişaf etdirir. Yenilənmiş və rəğbətlə qarşılanmış bu bələdçi uşağınızın ən əhəmiyyətli illərində onun üçün daha çox şey edə biləsiniz deyə Montessori sistemini bütünlüklə sizə təqdim edir.