Məhsul kodu: 3063
Kitabda XIX yüzilin əvvəllərində rusların Qafqazı işğal etməsi ilə Azərbaycan mühacirətinin meydana gəlməsindən, mühacirətin 1918-ci il milli istiqlaliyyət əldə olunana qədərki mərhələsindən, 1920-ci ildə bolşevik işğalı ilə devrilmiş Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpası uğrunda mühacirlərin fasiləsiz olaraq 70 ilə yaxın xarici ölkələrdə apardıqları mübarizədən, ağır şəraitdən, müxtəlif ölkələrdə onlarla ictimai-siyasi təşkilatın yaradılmasından, otuzdan artıq qəzet və dərginin ərsəyə gəlməsindən, nəhayət, milli ideologiyanın daha da dolğunlaşdırılmasından bəhs olunur. Əsərdə Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasında mühacirətin gördüyü işlərin məzmun və əhəmiyyətinə aydınlıq gətirilmişdir.
Kitabdan ali məktəb tələbələri, müəllimləri, araşdırmaçılar, eləcə də geniş oxucu auditoriyası yararlana bilər.