Məhsul kodu: 3061
Kitabın əsas mövzusunu Avropa Hun Xaqanlığının (370-460) tarixi təşkil edir. Hunların böyük xaqanı Attilanın həyatı, fəaliyyəti, apardığı müharibələr, Avropa xalqlarının və kilsənin ona münasibəti müqayisəli şəkildə araşdırılaraq, böyük sərkərdənin dünya tarixindəki yeri və rolu ətraflı təhlil edilib.
Hunların mənşəyi, tarix səhnəsinə çıxması Böyük Hun Xaqanlığı, hun köçləri və dövlətləri, onların siyasi, mədəni kimliyi ilə yanaşı, əsərdə Qafqaz Hun Xaqanlığı, Siyenbi, Tabqaç, Sabir və Avar dövlətlərinin tarixi də əks olunub. Azərbaycan və Şərqi Anadoluda 600 il mövcud olmuş Qarahunlar dövləti tarixşünaslıq elmində ilk dəfə bu monoqrafiyada tədqiqat obyektinə çevrilib, Azərbaycan tarixində mühüm rol oynamış albanlar, sullar, bayandurlar haqqında Çin mənbələrində yer alan tarixi faktlara özünəməxsus şəkildə işıq salınıb.