Məhsul kodu: 3422
Olduqca praqmatik insan olan Nell Sullivanı hər kəs “Miss beşillik plan” adlandırır. Hər şeyi ən incə detalı ilə ölçüb-biçdiyindən və həyatda heç bir işi plansız görmədiyindən hamı onu belə çağırır. Amma günlərin bir günü işdən xaric olunan Nell həyat tərzini, ümumiyyətlə, həyatını kökündən dəyişməyə qərar verir. Qəhrəmanımız heç bir plan qurmadan özünü həyatın axınına buraxır. İşdən ayrıldığı üçün aldığı təzminat pulu ilə vətəni İngiltərədən uzaqlara – San-Fransiskoya səyahət etmək qərarına gəlir. Orada bir-birindən maraqlı, rəngarəng insanlarla tanış olur. Ən əsası isə təsadüfən qarşısına çıxan yaraşıqlı Maks Rossiyə vurulur. Tezliklə özünü yad şəhərdə deyil, ikinci vətənində hiss edir. Evə – doğulub boya-başa çatdığı Londona qayıtmaq zamanı gəlib çatdıqda qəhrəmanımız çətin seçim qarşısında qalır. Nell yenidən öz köhnə həyat tərzinə dönəcəkmi? Bağlandığı San-Fransiskonu, oradakı dostlarını, ən əsası isə orada qoyub gəldiyi məhəbbətini unuda biləcəkmi?
Romantik, təsirli və zövqoxşayan əsər olan “Sirrini mənə aç”ı oxuduqca qəhrəmanımız Nell Sullivanla birlikdə güləcək, ağlayacaq və sonda uğurlarına sevinəcəksiniz...