Məhsul kodu: 3461
Fransız yazıçısı, ictimai xadim Romen Rollan ədəbi əsərlərinin yüksək idealizminə, müxtəlif insan tipajlarının təsvirində həqiqətə bağlılığına və sədaqətinə görə 1915-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı laureatı adına layiq görülmüşdür.
Yazıçının müraciət etdiyi janrlardan biri görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı bioqrafik romanlardır. 1903-cü ildə bu silsilədən “Bethovenin həyatı”, sonrakı illərdə “Mikelancelo” (1905), “Gendel” (1910), “Lev Tolstoy” (1911), Qandi (1924), “Ramakrişna” (1930) kitabları nəşr olunmuşdur.
İki dünya müharibəsi arasındakı dövrdə R. Rollan yeddicildlik “Vurğun ürək” romanını (1922-1933) yazıb tamamlamışdır.
30-cu illərdə R. Rollan publisist kimi özünün çoxsaylı esse və məqalələrində dünyada baş verən mühüm proseslərə münasibətini bildirmişdir.
Kitaba müəllifin “Vurğun ürək” romanı və “Vaxt gələcək” pyesi daxil edilmişdir.