Məhsul kodu: 3530
Uğur qazanmış yaradıcı müəssisələrdə yaradıcılıq və biznes həmişə bir yerdədir. “Futbolka və Kostyum” kitabında yaradıcılıq həvəsini və işgüzar fəaliyyətin ən uğurlu nümunələrini bir araya gətirən yanaşma tərzi var.
Cəlbedici və sadə dildə yazılmış bu kitab yaradıcı biznesi idarə edən və ya qurmağa çalışan hər kəs üçün ilham mənbəyi ola biləcək tövsiyələr irəli sürür.
Bu kitabda marketinq, əqli mülkiyyət, maliyyə, rəqabət, liderlik və bir çox başqa mövzular əks olunub.
“Gerçəkləşən İdeyalar” adlı on bir bölmədə bir çox yaradıcı müəssisə və təşkilatın timsalında ən uğurlu iş təcrübələri göstərilib.
Devid Perriş, MBA, MCMI, AIMC, MCIM, MIBA
Devid yaradıcılıq və mədəniyyət müəssisələrinin idarə edilməsi və onlara rəhbərlik edilməsi üzrə praktik təcrübəyə malikdir. Onun praktik təcrübəsi akademik biliklər, peşəkar akkreditasiyalar və müxtəlif idarəetmə institutlarına üzvlüyü ilə müşayiət olunur.
O, yaradıcılıq və mədəniyyət müəssisələrinin mütəxəssis hazırlığı və konsultasiya layihələri vasitəsilə daha çox uğur qazanmasına kömək etmək üçün bilik və təcrübəsindən istifadə edir.
Devid mükəmməl ideyaların, effektiv metodların və qabaqcıl təcrübələrin sənaye və sektorlar arasında, habelə milli hüdudlar və mədəniyyətin hüdudları boyunca ötürülməsi yolu ilə müştərilərin müəssisə və təşkilatlarının fəaliyyətinin beynəlxalq miqyasda effektivliyini yüksəldir. O, qabaqcıl beynəlxalq təcrübənin yerli şəraitə uyğunlaşdırılması prosesində müştərilərə kömək etməklə, onları dəstəkləyir.
Devid gördüyü iş vasitəsilə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazanmış və Birləşmiş Krallıqda, Hindistanda, Kanadada, Birləşmiş Ərəb Əmirliklərində, Fransada, İtaliyada, İsveçrədə, Misirdə, Türkiyədə, Almaniyada, Danimarkada, Cənubi Afrikada, Sinqapurda, Tailandda və Çində fəaliyyət göstərən çoxsaylı müəssisələrə, dövlət idarələrinə və qeyri-kommersiya təşkilatlarına köməklik göstərmişdir.