Məhsul kodu: 3850
İngilis yazıçısı və alimi Herbert Corc Uells (1866-1946) elmi-fantastik ədəbiyyatın ən tanınmış simalarından biridir. O, “Dünyaların savaşı”, “Görünməz adam”, “Doktor Moronun adası”, “Zaman maşını”, “Aydakı ilk insanlar”, “Allahların qidası” və s. məşhur romanları ilə yanaşı, “Möcüzə yaradan”, “Sehrli dükan”, “Büllur yumurta”, “Pərilər ölkəsində”, “Qəribə səhləb çiçəyi”, “Almaz düzəldən adam” və s. kimi kəskin süjetli hekayələrin də müəllifidir. Yazıçının yuxarıda adları çəkilən romanları 1919-cu ildən indiyə kimi dəfələrlə ekranlaşdırılmışdır.
H.Uellsin ilham mənbəyi görkəmli fransız yazıçısı Jül Vernin yaradıcılığı olmuş, xüsusən də onun “Aya səyahəti”ndən ilhamlanaraq “Aydakı ilk insanlar” romanını qələmə almışdır. H.Uells sonralar elmi fantastikada böyük populyarlıq qazanmış bir çox mövzuların müəllifidir. O, hələ 1898-ci ildə zəhərləyici qazlar, aviasiya, lazerə bənzəyən qurğuların istifadəsi ilə aparılan müharibələri, 1914-cü ildə yazdığı “Azad olmuş dünya” romanında isə atom bombasını təsvir etmişdir. Lakin bütün bu orijinal ideyalar H.Uells üçün ilk növbədə əsərlərinin əsas, sosial-tənqidi tərəflərini daha qabarıq vermək üçün vasitə olmuşdur