Məhsul kodu: 4122
Ronaldinyo hələ kiçik yaşlarından iri dişlərinə, təbəssümünə və qabarıq saçlarına görə başqalarından seçilirdi. Üstəlik, bu uşaq bütün bədəni ilə futbol oynayırdı. Dünyanın ən yaxşı futbolçularından sayılan, bir çox mükafatlara layiq görülən, oynadığı komandalara uğur qazandıran bu futbol ulduzunun ən böyük köməkçisi, özü kimi futbolçu olan qardaşı idi. O, hələ çoxdan qardaşının istedadını görmüş və onun tanınması üçün əlindən gələni etmişdi. Hələ kiçik yaşda atalarını itirən qardaşlar sevgiyə, zəfərə və firavanlığa olan ehtiyaclarını futbol sayəsində ödəyə bilmişdilər. Amma futbol təkcə meydançada oynanan oyun deyil. Bunun reklamı var, satışı var. Ona görə də bəziləri Yaxşı oyunçudur, amma çirkindir - deyib, qapılarını onun üzünə bağlamışdılar. Tezliklə Ronaldinyo dünya şöhrətinə layiq bir futbolçu olduğunu sübut etdi və milyonlarla azarkeşin sevgisini qazandı. Vaxtilə onu bəyənməyənlər isə bir həqiqəti unutmuşdular: Könül sevən göyçək olar!