Məhsul kodu: 4193
Ən yeni ədəbiyyat seriyasından növbəti kitab işıq üzü gördü.
Kitabdakı şeirlər sürətlə meqapolisə çevrilən Bakının yeni kodlarını, şifrələrini nişan verir. Böyük şəhərdəki həkimi, polisi, müəllimi, sürücünü, süpürgəçini, səfili, ayaqqabı boyayan uşaqları, siqaret satan kişini, fahişəni, tələbəni – hamını və hər şeyi yazmaq kimi qeyri-mümkün cəhd kitabın əsas özəlliyidir.
Şəhər sürətlə böyüyür, adamlar getdikcə tənhalaşır. Bu konfliktin arasına Qismət öz şeirlərilə girir.
Kitabda müəllifin forma baxımından eksperimental və vizual şeirləri də yer alıb.