Məhsul kodu: 4243
General Aleks Düma uzun müddət tanınmayan bir adam olub. Amma onun həyatı artıq hamıya tanışdır, çünki onun oğlu, yazıçı Aleksandr Düma özünün Monte-Kristo qrafı və Üç muşketyor kimi klassik romanlarını yazarkən atasının həyatından ilham alıb.
Lakin general Dümanın cəsur macəralarının arxasında inanılmaz bir sirr gizlənir: qaradərili kölənin oğlu olan bu adam ağların dünyasında öz irqinə mənsub adamların o vaxtadək nail olmadığı bir mənsəbə yüksəlmişdi.
San-Dominqoda (indiki Haiti) anadan olan Aleks Düma Parisə getmiş, orada Böyük Fransa inqilabının dalğasında ordu komandanlığınadək yüksəlmiş, nəhayət, məğlub edə bilməyəcəyi qəddar bir düşmənlə rastlaşmışdı.
Time jurnalı Qara qraf ı tarixi anların üzərinə işıq salan ən məzmunlu mətanət və cəsarət hekayələrindən biri adlandırıb. Bu, həm də ata ilə oğul arasındakı əbədi öhdəliklər haqqında ürəkparçalayan bir hekayədir.
TİME ONU İLİN ƏN YAXŞI KİTABLARINDAN BİRİ ADLANDIRIB.
MİLLİ KİTAB TƏNQİDÇİLƏRİ DƏRNƏYİ MÜKAFATI UĞRUNDA MÜSABİQƏNİN FİNALÇISI
Nyu-Yorkda yaşayan Tom Reiss bütün dünyada bestseller sayılan Orientalist in müəllifidir.