Məhsul kodu: 4448
Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin rəhbəri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoluna ən yaxşı onun öz dedikləri ilə baxmaq olar. Onun dediklərini heç bir şərh, əlavə fikir olmadan, elə olduğu kimi anlasaq, kifayətdir.
“Elçibəy belə deyirdi” kitabında 1989-1992-ci illərdə Əbülfəz Elçibəyin verdiyi müsahibələri, çıxışları, dünya liderlərinin ona ünvanladığı müraciətləri oxuyacaqsınız. Elçibəyin həm Milli Azadlıq Hərəkatı dövrünü, həm də prezidentlik dövrünü daha yaxşı anlayacaqsınız. Kitabda həmçinin Əbülfəz Elçibəyin prezident seçkiləri kampaniyası haqqında, onun seçki platforması ilə geniş şəkildə tanış olacaqsınız.
“Məhkəmədə öyrədilmiş tələbələrdən birisi dedi ki, mən bu müəllimə nifrət edirəm. Bizi bunun əlindən xilas eləyin. Dərsdə bu bizə Sovet hakimiyyətinin əleyhinə danışır, bizi yolumuzdan çıxarır. Bu vaxt bir tələbə qız durdu ki, sən əclafsan, biz sənə nifrət eləyirik. Məhkəmə dedi ki, kimdir onu deyən. Qız durdu, dedi, mənəm. Hakim dedi ki, çıxın eşiyə. Qız məhkəmənin yanından keçəndə yaylığını çıxarıb uzatdı hakimə ki, ver bunu kişilər bağlasın başına”.
- Elçibəy belə deyirdi