Məhsul kodu: 4455
Həkimlər belə hesab edir ki, ürək xəstəlikləri müxtəlif xəstəliklər arasında ən yüksək yer tutur və çox böyük surətlə cavanlaşır. Stenokardiya, aritmiya, miokardın infarktı… Bütün bunlar – ürəyin işemik xəstəliyinin formalarıdır. Onun inkişafının qarşısını almaq və ya ləngitmək məqsədilə öz həyat tərzinizə düzəlişlər etmək və risk faktorlarını aradan qaldırmaq lazımdır. Bu kitabda sizə bu işdə kömək edəcək bütün zəruri tövsiyələr cəmləşdirilmişdir. Burada bu bəlaya səbəb olan faktorlarla tanış olacaq, ürəkdə olan ağrıların səbəblərini öyrənəcək, ürək tutması dövründə həkim gələnə kimi xəstəyə necə yardım göstərməyi biləcək, infarktdan sonra tezliklə bərpa olunmağın yollarını özünüz üçün ayırd edəcək və ürəyi yaxşı vəziyyətdə saxlamaq üçün hansı pəhrizdən istifadə etməyi müəyyən edəcəksiniz.
Bu kitab tibbi dərslik deyil. Bütün tövsiyələr müalicə həkimi ilə razılaşdırılmalıdır.
И.С.Малышева Ишемическая болезнь
İ.S.Malışeva ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ