Məmməd Əmin Rəsulzadə Əsərləri (4 Möhtəşəm Əsər)

Məhsul kodu: 4677

  • 4 AZN
  • 3.2 AZN


Müəllif
Məmməd Əmin Rəsluzadə
Kateqoriya
Proza , Tarix , Siyasət
Nəşriyyat
Qələm Nəşr
Səhifə
500
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
72

Qısa məzmun

Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. İlk dəfə xalqımıza azadlıq dadızdırmış, müsəlman və türk dünyasında ilk Respublika qurmuş, bütün şüurlu həyatını Azərbaycanın istiqlalına həsr etmişdi.
Rus işğalı nəticəsində Xalq Cümhuriyyəti devrildikdən sonra belə, harada yaşamasından asılı olmayaraq qəlbi Azərbaycan xalqının azadlıq və müstəqillik idealları döyünmüş, Azərbaycan tarixinə və ədəbiyyatına dair qiymətli əsərlərə imza atmış, bu əsərlərdə istiqlal düşüncəsi, hürriyyət arzusu daim qırmızı xətlə keçmişdi.
Söhbətin böyük öndər Məmməd Əmin Rəsulzadədən getdiyini anlamaq çətin deyil. Çünki onun adı, soyadı çoxdan azadlıq, müstəqillik sözləri ilə assosiasiya olunur. Bunu Rəsulzadə gəncliyindən son nəfəsinədək dayanmadan, yorulmadan apardığı mübarizə ilə haqq etmişdir.
«Qələm» nəşriyyatının «Məmməd Əmin Rəsulzadə. Əsərləri» adlı nəfis nəşrini də böyük öndərə vəfa borcu kimi qəbul etmək lazımdır. Kitaba Rəsulzadənin Azərbaycanın ictimai-siyasi düşüncə tarixinə, ədəbi-mədəni fikir salnaməsinə möhürünü vurmuş 4 qiymətli əsəri daxil edilib. Bunlar - Məmməd Əminin «Əsrimizin Siyavuşu», «Çağdaş Azərbaycan Ədəbiyyatı», «Çağdaş Azərbaycan tarixi» və «Azərbaycan şairi Nizami» kimi qiymətli əsərləridir.
Bu əsərləri fərqli edən onların yalnız tariximizə və ədəbiyyatımıza işıq tutmasında deyil. Həmin əsərlərdə Rəsulzadə uğrunda mübarizə apardığı ideallara bir daha ayna tutur, tarixin təcrübələrindən və ədəbiyyatın imkanlarından yola çıxaraq bəşəri dəyərlərin qələbəsi üçün nələr etmək lazım gəldiyini anladır. Hər bir cümləsində böyük öndərin Azərbaycan eşqinin, azadlıq arzusunun döyündüyü bu əsərləri hər bir gəncimizin oxumasında böyük fayda var. Çünki onların şanlı gəncliyin parlaq gələcəyə gedən yolunu aydınladacağına, bu yolda mübarizə əzmini qüvvətləndirəcəyinə heç bir şübhəmiz yoxdur.
«Məmməd Əmin Rəsulzadə. Əsərləri» kitabı 1953-cü ilin 28 mayında Rəsulzadənin «Amerikanın Səsi» radiosu vasitəsilə Azərbaycan xalqına müraciəti ilə açılır. Bu müraciəti həyəcansız oxumaq mümkün deyil. Hər sətrində müstəqilliyin və azadlığın bir xalq üçün nə qədər müqəddəs olduğunun aydın göründüyü, Rəsulzadənin mənsub olduğu ölkəni və xalqı azad, demokratik dünyanın bir parçası kimi görmək üçün necə ehtirasla alışıb yandığının hiss edildiyi müraciətdə böyük öndər deyirdi: «Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz.
Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!»
Rəsulzadənin yaradıcılığını öyrənmək vacibdir. Çünki onun əsərləri həm də bir insan və bir vətəndaş olmağın dərslikləridir. O, inanırdı ki, yalnız istiqlal və hürriyyətin bərqərar olduğu dünyada bütün insanlığın, xalqların qardaşca, firavan, əmin-amanlıq şəraitində yaşaması mümkündür.
Bu yerdə kitaba daxil edilən, Məmməd Əminin ən qiymətli əsərlərindən biri sayılan, Azərbaycan Demokratik Respublikasının yaranmasını keçmişin ən dərin qatlarından yola çıxaraq olduqca maraqlı bir üslubda anladan «Əsrimizin Siayvuşu»nun son cümlələrini xatırlatmaq yaxşı olardı: «Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.
Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu, onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gəncə çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli, Azərbaycan əsgəri” deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, ya qazi, ya da şəhid olacaqsan!».
Əslində bəlkə də bütün bu qeydlərə ehtiyac yoxdur. Çünki əslində «Məmməd Əmin Rəsulzadə. Əsərləri» kitabını oxuduqdan sonra oxucuların özləri də böyük öndərin siyasi-ideoloji, mədəni-kulturoloji dünyagörüşü haqqında geniş təsəvvürlərə malik olacaqlar. Çünki hər hansı bir şəxsiyyət haqqında ən dolğun qənaətə başqalarının onlar haqqında nə söyləməsindən çox, həmin şəxsiyyətin özünün əməlləri, yaradıcılığı ilə hərtərəfli tanışlıqdan sonra gəlmək mümkündür.
Elə nəşriyyatımızın hazırladığı topluda da Məmməd Əminin o əsərlərinin yer almasına çalışmışıq ki, həmin əsərlərin bu böyük şəxsiyyətin həm Azərbaycançılıq məfkurəsi, həm də bəşəri baxışları haqqında oxucularda dərin təəssüratlar yaradacağına əsla şübhə etmirik.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar