Məhsul kodu: 4708
Amerika filosof Will Durant (1885-1981) Massaçusetsdə anadan olmuşdur. Valideyinləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimləri rahibələr idilər. Will dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cı ildə o, müəddəs Pyotr Akademiyasına daxil oldu. Amma burada Durant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı. Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar o, nəzakətlə olmuş olsa belə, universitetdən uzaqlaşdırıldı. Dini məktəbdə tarix, fəlsəfə, ədəbiyyat, elm, musiqi və incəsənət üzrə mühazirələr oxudu. Durantın bu mühazirələri onu Fəlsəfi hekayətləri və Sivilizasiyanın hekayətlərini yazmaq üçün həvəsləndirdi. Xüsusən Fəlsəfi hekayətlərin taleyi çox uğurlu oldu. Bu əsər, Durantı təkcə Amerikada deyil, bütün dünyada məhşurlaşdırdı. Mahatma Qandi, Corc Bernard Şou, Klarens Darrou və Cahid Sidqi Tarançı onun oxucuları sırasında idilər. Bu kitab dünyanın bir çox dillərinə tərcümə olundu. Will Durantın Mədəniyyətin Təməlləri əsəri Azərbaycan dilində ilk dəfə nəşr olundu.