Məhsul kodu: 4758
1989-cu il. Berlin divarı dağılır. Gərgin payız günlərində 37 yaşlı Arvid Jansenin həyatı təsvir olunur. O, boşanmaq üzrədir. Arvidin anasına xərçəng diaqnozu qoyulub. Qadın “Holger Danske” adlı köhnə gəmi ilə Danimarkaya səfər edir. Anasının Danimarkada yarımçıq qalan işləri var. Arvid iki gündən sonra anasının arxasınca gedir. 70-ci illərin əvvəlləri. Arvid sənaye sahəsində çalışır. O, proletariat zümrəsinin nümayəndəsinə çevrilir və anasının onun üçün arzuladığı həyatdan fərqli bir həyat sürməyə başlayır. Bir gün səhər metro stansiyasında mavi paltolu gənc bir qızla rastlaşır. Onlar dəfələrlə görüşürlər və bir-birlərinə “yalnız sən və mən varıq, yalnız sən və mən...” deyirlər. Zaman beləcə ötüb keçir.