Məhsul kodu: 8633
Bir gün bədəninə çəkilən dağlardan bayılıb inləyən Qız Umayın başına Müqəddəs Məryəmin əhvalatı gəlir. Ata özünü şübhəli aparır, bir də kənddə peyda olan qəribə oğlanın adı hallanır. Beləcə, Umayın boynunda qəribə xaç, bətnində uşaq peyda olur. Həkimlər onun bakirə qaldığını deyir. Umayın İsa Məsihlə yaşıd olan Çinarın koğuşunda başlayan ağrı-acılı, müəmmalı həyat yolu da bundan sonra şaxələnməyə başlayır.
Romanın əsas personajlarından biri olan Umay Anadan onun gerçəkləşməyən ümidini miras alan Qız Umay o qəribə xaçın yiyəsini axtarmağa başlayır və bu uğurda ağ, qara demədən yollara düşür.
Həyatından tanınmış tərcüməçi Dilsuz müəllim, şair Nəsimi, erməni Vano, müəmmalı Həjar, gənc fəal İsmi keçir. İş ondadır ki, Umay yolunda ömrünü qurban verdiyi məxluqun nə adını dəqiq bilir, nə üzünü xatırlayır. Axtardığını tapacaqmı?..