Məhsul kodu: 8710
İsveç kino və teatr rejissoru, yazıçısı, ssenaristi Ernst İngmar Bergman (1918 – 2007) müəllif kinosunun ən məşhur nümayəndələrindəndir. Altmışa yaxın bədii və sənədli filmin rejissoru olan Berqman, əksər filmlərinin həm də ssenari müəllifidir. O həmçinin yüz yetmişə yaxın tamaşa səhnələşdirib. Ən məşhur filmləri “Yeddinci möhür” (1956), “Moruq talası” (1957), “Persona” (1965), “Pıçıltılar və qışqırıqlar” (1971) və “Fanni və Aleksandr” (1982) hesab olunur. Çoxsaylı mükafatları arasında dörd Oskar, bir “Qızıl Palma budağı” mükafatı var.
Oxuculara təqdim olunan bu əsərində Bergman öz həyat yolunu danışır – ilk addımlarından tutmuş, şöhrətin zirvələrinə çatana qədər başına gələnləri, elədiklərini bircə-bircə yada salır. İlk addımlarında uğursuzluğa düçar olan Berqman, sənətin qalibiyyətindən söz açır. Əgər o uğursuzluqdan sonra ruhdan düşsəydi, inadkarlıq göstərməsəydi, indi dünya kinematoqrafiyasında böyük boşluq ola bilərdi. Dahi rejissorun yüz illiyində çap etdiyimiz bu kitabın yaradıcı adamlara əlavə stimul verəcəyini düşünürük.