Məhsul kodu: 9111
Tomas Oleynik böyük xəfiyyə olmağa qərar verir.
Dostları – pişik Kiça, dağsiçanı Yevsey və balıq Klotilda ilə birlikdə istintaq bürosu təsis edir.
Çox keçmədən ağacdakı evin qapısını ilk müştəri döyür. Bu, zərgər Rubinekdir.
Onun dərdi elə-belə iş deyil – kraliça Marişenkanın çox qiymətli sapfir sancağı oğurlanıb.
Bəs görəsən, xəfiyyə Tomas Oleynik və onun dostları cinayətkarı tapıb sapfir qaşlı sancağı sahibinə geri qaytara biləcəklərmi?
Bunu özünüz oxuyub öyrənəcəksiniz...