İkinci Respublikanın Generalı

Məhsul kodu: 9252

  • 8 AZN
  • 6.4 AZN


Müəllif
Səfər Alışarlı
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Qanun
Səhifə
264
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Səfər Alışarlı 12 avqust 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Alışar kəndində doğulub. Kənd səkkizillik məktəbini fərqlənmə ilə bitirərək Bakı Politexnik Texnikumuna (1968-1972) daxil olub. Texnik-topoqraf ixtisasına yiyələnib. 1976-1980-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda oxuyub. 1980-1985-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1985-ci ildən etibarən Bakıda əmək fəaliyyətilə aşağıdakı müəssisələrdə məşğul olub: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında kiçik redaktor, “Gənclik”-“Molodost” jurnalında şöbə müdiri, “Səs” qəzetində baş redaktor müavini, Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində sədr, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində sədr müavini.2008-ci ildən aylıq, ictimai-siyasi Vətəndaş cəmiyyəti jurnalının baş redaktoru. İlk hekayələri 1981-ci ildə “Azərbaycan” jurnalında çap olunub. O vaxtdan mütəmadi olaraq bu və digər ədəbi-bədii jurnal və qəzetlərdə öz hekayələrini çap etdirib. “Zəng” adlı ilk nəsr toplusundakı (1987) hekayələrində Azərbaycan kəndinin realistik mənzərələrini yaratmış, müasirlərinin mənəvi problemlərini qabartmağa nail olmuşdur. Topludakı hekayələrin üslubu klassik Azərbaycan nəsrinin realizm ənənələrinə söykənir. Burada təsvir olunan həyat hadisələrinin adiliyi və tipikliyi diqqətəlayiqdir. Topludakı “Zəng”, “Qasım”, “İnşallah, yaxşı olar”, “Kasıb” və sair hekayələri yalançı mənəvi donor pafosundan uzaq, adi həyat hadisələridir. Lakin yazıçının ustalığı da məhz həmin adilikdən oxucu üçün vacib və zəruri olan nəticənin çıxarılmasında, insan mənəviyyatında təmizliyin, paklığın və halallığın əsas aparıcı amillər kimi təqdim olunmasındadır. Yazıçının digər nəsr toplusu “Sən heç nə bilmirdin” (1993) öz üslubu, yazı manerası və mövzu dəyişkənliyilə əlamətdardır. Burada onun yaxından tanıdığı və hər maddi, mənəvi tərpənişinə dəqiq bələd olduğu kənd mövzusu sanki arxa plana keçməkdədir. S.Alışarlı yaradıcılığına gəlməkdə olan yeni nəfəsin təravətini və sağlam ruhunu onun bu topludakı “Milad gecəsi”, “Sən heç nə bilmirdin”, “Dağlar bizə baxır” və başqa hekayələrindən görmək mümkündür. Buradakı hekayələrin ruhu sanki nisbətən darısqal milli məkan çərçivəsində darıxaraq, rus sovet nəsri ənənələrinə doğru addımlayır. Hekayələrin əsas qayəsi və araşdırma mövzusu insan psixologiyasının mürəkkəbliyidir. S.Alışarlı yaradıcılığının sonrakı mərhələsi əsasən bədii jurnallarda çap olunmuş hekayə və povestlərlə xarakterikdir. Onun müxtəlif illərdə “Azərbaycan” və “Ulduz” jurnallarında, “Ədəbiyyat” və “525-ci qəzetlərdə” çap olunmuş əsərləri – “Yaz avazı”, “50 hektarlıq avqust”, “Kərimin inqilabı” hekayələri, “Adam yaşamayan bölmədə”, “Gavur” povestləri müasir Azərbaycan nəsrinin istedadlı nümunələrindəndir. Yazıçının “Avqust” kitabında (2004) çap edilmiş “Maestro” romanı Azərbaycan nəsrində böyük ədəbi hadisə kimi qarşılandı. Roman haqda müxtəsər olaraq yalnız onu demək mümkündür ki, buradakı obrazlar sistemi əsl usta qələmi altından çıxmış bitkin, mükəmməl bədii təfəkkür məhsuludur.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar