Məhsul kodu: 9296
Aşura qoca köpəklərin öldüyü, qaz-ördəyin sevişdiyi, xalqın yuxusunu gözündən töküb haram etdiyi dəcəl pişiklərin oylağıydı. Əsər dəhşətli seldən sonra səfalət içində yaşayan kənd camaatının kəşməkəşli həyatını hekayəyə alır. Onlar “Aşura”nın suyunun şəfasına inanırdılar...
Böyüklərdən öncə bayramın qoxusunu biz hiss edirdik. Sanki havanın ürəyi yuxalaşırdı. Daha corabsız ayaqlarımız rezin başmaqlarımızın içində donmurdu. Aşura özü ilə portağal qabığı, nar qabığı gətirirdi. Qıraqlarda qalan buzlar əriyirdi. Zibillər qar altından baş qaldırırdı. Yörədən pişiklərin ürəkyandırıcı miyoltuları eşidilirdi.