Məhsul kodu: 9432
Bu kitabda klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin tərbiyəvi-əxlaqi, satirik hekayə və təmsilləri toplanmışdır.
Bu hekayə və təmsillərin hər birində oxucular üçün ibrətamiz örnəklər vardır. Əsasən, didaktik və satirik səciyyəsi ilə fərqlənən hekayə və təmsillərdə
riyakarlıq, avamlıq, mədəni gerilik – cəhalət, nadanlıq tənqid olunmaqla yanaşı, yaxşılıq, yardımsevərlik, sədaqət, dürüstlük, etibar kimi müsbət əxlaqi
dəyərlər ön plana çəkilir. Orta və yuxarı yaşlı məktəblilər üçün nəzərdə tutulan kitabımızda mənzum hekayə və təmsillərin dili ilk
dəfədir ki sadələşdirilərək nəsrə çevrilmişdir.