Məhsul kodu: 9506
Saqaların sehrli, möhtəşəm dünyasına girən adamın bir daha sehrdən çıxa bilməyəcəyini deyirlər. İslendingasögur (Ailə Saqaları) külliyatı içərisindən Egillin Saqası ən çox önə çıxanlardan biridir. Saqanın mərkəzində, təxminən 910-990-cu illər arasında yaşamış tarixi bir şəxsiyyət olan Egill Skallagrimsson vardır. O yaxşı lider olmaqla bərabər macərapərəst biridir, döyüşçülüyü, dostlarına sədaqəti, fövqəladə öfkəli xarakteri ilə də fərqli birisidir. Egillin Saqası eyni zamanda bir neçə nəslin və güclü iradəli qurucuların da yarı əfsanəvi, yan tarixi hekayəsidir.
Beləcə bu qədim mətn XIX əsrin ikinci yarısı boyunca mütəxəssislərin diqqət mərkəzində olan ədəbi xüsusiyyətləri ilə yanaşı olaraq, dərin ictimai və tarixi mənzərə açar. İctimai yaddaşı mühafizə edən bu keyfiyyəti ilə, keçmişə bağlı ədəbi bir əsərdən daha çox, onun sənədli olaraq yenidən xatırlanmasıdır.
Egillin mətndə yad olunan ataları da özü kimi tarixi şəxsiyyətlərdir və anadan olduğu 31-ci bölümə qədər, yəni Saqanın təxminən dörddə biri qismində sadəcə onların macəralarından (Norveçdən məcburi köç və İslandiyada məskunlaşma) danışılır.