Məhsul kodu: 9640
Kitabda jurnalist Böyükağa Mikayıllının dünyanın ayrı-ayrı ölkələrinin təhsil sistemləri, universitetləri, orta məktəbləri, müəllif məktəbləri, yaradıcılıq akademiyaları, qlobal təhsil layihələri haqqında tədqiqatları yer alıb. Müəllif tədqiqatlarda ən yaxşı təhsil sistemi, ən yaxşı orta məktəb, ən yaxşı universitet hansıdır və o necə olmalıdır sualına cavab axtarır. Bu suallara cavab tapmaq üçün də dünyanın onlarla universitetində, müxtəlif ölkələrdə tədqiqat aparır. Şübhə yoxdur ki, bu tədqiqatlar və onların nəticələri Azərbaycanın təhsil sistemi üçün də maraqlı və əhəmiyyətlidir, çünki bu araşdırmalar mütəxəssislərin qarşısında dünyanın təhsil mənzərəsinə pəncərə açır, təhsil tədqiqatçılarına, müəllim və tələbələrə istiqamət verir.