Məhsul kodu: 11037
Hər şeyin bir bədəli var. Yaxşılığın da, pisliyin də... Uğurun da, uğursuzluğun da... Zənginliyin də, yoxsulluğun da... Sevginin də, nifrətin də... Tamahın da, səxavətin də... Dostluğun da, düşmənliyin də... Jurnalist Rinat Şaripova “qəfildən faciəvi şəkildə vəfat etmiş” dayısından böyük sərvət miras qalıb. İndi o, milyarderdir. Hər şey yaxşıdır, daha doğrusu, yaxşılığa doğru gedir, amma bu böyük sərvətin ətrafında saysız-hesabsız yırtıcılar dolaşmağa başlayır. Rinat isə əvvəlki kimi xam deyil. Səhvlərindən nəticə çıxararaq işlərini idarə edir, kim olduğunun, nələr edə biləcəyinin fərqinə varır. Bununla belə, davamlı sui-qəsd cəhdləri, öldürülmə qorxusu, pulunu qorumağa çalışması, daim səksəkə içində yaşaması Rinatı yorur... Sevdiyi gənc qadın naməlum şəxslər tərəfindən qaçırılanda bu sütül milyarderin səbir kasası daşır. O, başa düşür ki, dəyişməlidir və dəyişir. Bir vaxtlar sakitdən də sakit, fağırdan da fağır olan sadəlövh və həlim Rinat Şaripov dişi qana batmış canavara dönür, heç kəs onun qabağında dayanmağa cəsarət etmir...