Məhsul kodu: 11370
“Tanrı varmı?” – sualı fəlsəfənin ən fundamental və ən aktual suallarındandır. Bu sual əsrlər boyu filosofları düşündürüb; hər dəfə də onları yeni sübutlar kəşf etməyə sövq edib. Müasir dövrdə də fəlsəfənin Tanrının varlığına dair arqumentlərlə ciddi şəkildə maraqlanan qolu din fəlsəfəsidir. Sözügedən sual ətrafında çoxsaylı və müxtəlif fəlsəfi arqumentlər irəli sürülüb.
Bu kitabda oxucular üçün maraqlı olacağını düşündüyümüz müxtəlif fəlsəfi arqumentləri bir yerə topladıq. Bu arqumentlər məntiqi bir bölgü əsasında dörd əsas hissəyə ayrılıb. Sadədən mürəkkəbə doğru təqdim olunan bu arqumentlər müxtəlif kontingentdən olan oxucuların intellektual səviyyəsinə uyğun seçilib.
Siz bu kitabda ən dərin qatlara varmaq istəyən oxucunu da, ən bəsit ifadələrlə izah axtaran oxucunu da nəzərə alan mükəmməl arqumentlərlə tanış olacaqsınız.
Qarşınızdakı kitab Azərbaycan dilində Tanrının varlığı ilə bağlı qələmə alınan ilk iriməzmunlu fəlsəfi əsərdir.