Məhsul kodu: 11577
M.Veber “Siyasət peşə kimi” əsərində siyasət, milli dövlət, dövlət məmuru və s. anlayışlara və peşəkar siyasətçi kimdir və onun əsas nümayəndələri kimlərdir suallarına cavab axtarmağa çalışmışdır. Məsələn, o, həm peşəkar siyasətçi dedikdə nə başa düşürük sualını qoyur, həm də bu peşəkar siyasətçi kimi fərqlənən şəxslərin əsas xarakteristikasını açıqlayır. Peşəkar siyasətçilərin tiplərini fərqləndirən zaman, əgər birinci təbəqə kimi (dövrünə görə) din adamlarını qəbul edirsə, digər təbəqələr kimi də, saray alicənablarını, ictimai xadimləri, peşəkar jurnalistləri və s. qəbul edir. O, qeyd edir ki, peşəkar siyasətçi üçün vacib olan şərt heç də zəngin mənəviyyatın olması deyil. Əsərdə bununla bağlı olaraq o, yazır ki, zəngin mənəviyyata sahib insanlar pis siyasətçi, cılız mənəviyyata sahib olan insanlar isə adətən peşəkar siyasətçi olurlar. Və daha sonra qeyd edir ki, hər bir peşəkar siyasətçi üçün vacib olan əsas 3 şərtdir: 1. Ehtiras; 2. Kənardan baxaraq qərar vermə bacarığı; 3. Məsuliyyət hissinin olması. O, həm də dövlətin rasional idarə edilməsi üçün vacib şərt olaraq dövləti idarə edən şəxsin peşəkar siyasətçi olmalı olduğunu vurğulayır.