Məhsul kodu: 11704
Mövlud Süleymanlının bir sıra hekayələrində və “Köç” romanında Azərbaycan nəsri üçün təzə və görünümlü olan mifik təfəkkür tərzi, türk etnoqrafiyası və folklorunun ən qədim çalarları diqqəti cəlb edir. “Köç” xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyasıdır. Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır və M.Süleymanlı bu ideyanı özünəməxsus bir tərzdə təcəssüm etdirmişdir.