Sancaqlı Kölgələr və Leyla Xuni

Məhsul kodu: 11708

  • 10 AZN
  • 8 AZN


Müəllif
Xan
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Strauss
Səhifə
246
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

“Bütün əlamətlər üst-üstə düşürdü. Ayxanın dəftərindən oxuduqlarım heç vaxt yadımdan çıxmazdı, üstəlik, başına gələn əsrarəngiz hadisədən sonra. Gözlərimi addımsız yeriyən qızdan ayırmadan qeyri-ixtiyari dala çəkildim. Qorxurdum, amma nədən qorxduğumu da dəqiq bilmirdim. Ölümün astanasındaydım, yoxsa bütün sirlərin və üstü açılmamış cavabların?! Ürəyim bərk döyündü. Qorxudan əsə-əsə güclə pıçıldadım:
– Leyla Xuni!”

Hərbi xidmətə yollanmasından çox keçməmiş müəmmalı şəkildə itkin düşən Ayxandan geriyə sadəcə anlaşılmaz qeydlərdən ibarət sirli bir dəftəri qalır. Dəftər dostu Toğrulun əlinə keçir və beləcə o, tarixin gizli qalan cinayətlərini üzə çıxarır. Xəbislərlə günahsızların yüz ildir davam edən mübarizəsi lənəti aradan qaldıra biləcəkmi? Cadunu pozmağın bir yolu varmı? Polis və ordu zabiti bu işin harasındadır? Cadu onlara niyə müsəllət olub? Üçhərflilər divarların çatlarından, qaranlıq künc-bucaqlardan hər iki dostu qarabaqara izləyir. Qorxular artır, ümidlər azalır. Görəsən, Toğrul özünü bu girdabdan xilas edib dostunun harada olduğunu tapa biləcəkmi?

“Xan Həsən bizi “qrim” elementləri ilə qorxutmağa çalışmır, əksinə, qələminin axıcı və oxunaqlı ahəngi ilə oxucunu öz daxili aləminə səyahət etməyə, öz qorxuları ilə üzləşməyə sövq edir”.
― Vüsal Aydın

“Yazıçı romanda hadisələri bir süjet ətrafında ustalıqla birləşdirib ayırır, hər bir detalı incəliklə təsvir edir. Xüsusən də əksər səhnələrdə oxuduqlarınızı görməyə, gördüklərinizdən də ürpərməyə başlayırsınız. Səhifələri vərəqlədikcə hər səsə, hər tıqqıltıya səksənirsiniz. Burada tarixlə reallıq, magiya ilə gerçəklik, məntiqlə məntiqsizlik qoşa addımlayır və ən əsası da yazıçı oxucunu inandırıb sətirlərin arası ilə sürükləyə bilir. Əgər bu roman redaktoru vahiməyə salıbsa, onu bir sıra səhnələri gözdən keçirmək üçün səhərin açılmasını gözləməyə vadar edibsə, qalanına siz qərar verin”.
― Redaktor İmanyar Quliyev

“Xanın belletristikasının özünəxas üslubu var. Daxili monoloqları gözəl ifadə edən müəllif qorxunu yalnız konkret təsvir və sözlərlə deyil, həm də ümumi ab-havanın qaranlığı ilə çatdırır. Hekayə yavaş, astagəl addımlasa da, əmin şəkildə hara getdiyini bilir. Milli ədəbiyyatımızda qorxu janrını görmək sevindirir”.
― ”Dartanyanlar” kitab klubu


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar