Məhsul kodu: 11838
– Öz vicdanım qarşısında... Həmişə özümə yalnız bir sual vermişəm. İcazənizlə, o sualı sizə də verərdim.
– Buyurun.
– Əgər sui-qəsd baş tutsaydı, ertəsi gün bu respublikanın, bu xalqın başına, görəsən, nə gələrdi? Gürcüstan barədə də təxminən elə bu cür düşünürəm. Məni bağışlayın. Ümid edirəm ki, məni anlayırsınız.
Bu dəfə Dronqo prezidentin baxışlarına tab gətirə bilmədi və gözlərini çəkdi.
– Nə vaxt yola düşürsünüz? – deyə prezident soruşdu.
– Sabah səhər.
– Bu axşam, – deyə prezident qəti tonda təklif etdi. – Bu, sizin şəxsi mənafeyiniz üçündür.