Məhsul kodu: 11900
“Qırmızı ləçəklər” romanı Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatından bəhs edir. Belarusun Baranoviçi şəhərində milis işləyən azərbaycanlı gənc Əlifin orta məktəbdə buraxılış gecəsi zamanı belarus məktəblisi Qalina Mankoya ilk baxışdan vurulması, onların sevgi və ayrılıq dolu həyatları bir-birindən maraqlı, gərgin epizodlarla nəzərə çarpdırılır.
Və bütün bu həyatı kabus kimi erməni millətçiliyi təqib edir, doğulduğu Xocalıya qayıdıb öncə milis işçisi, illər sonra isə aeroport komendantı kimi erməni millətçiləri ilə mücadilə aparan Əlifi 1984-cü ildə həbsxanaya atmaqla qismən kənarlaşdıran erməni millətçiləri 1992-ci ildə Xocalıda qətlə yetirməklə həmişəlik susdurmağa müvəffəq olurlar. Bununla belə, Əlifin yazdığı qəhrəmanlıq dastanı günü bu gün də onların yuxusunu qaçırır. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.