Məhsul kodu: 11945
Bu kitab şəxsiyyət və inkişaf mövzuları ilə bağlı heç yerdə rast gəlmədiyin, amma hər kəs üçün hava-su kimi lazım olan fikirlərlə zəngindir.
Əvvəlcə, inkişaf və fərqindəlik, şəxsiyyətin formalaşması, davranışların səbəbləri ilə bağlı fərqli və daha aydın izahlarla tanış olacaqsan. Sonra şəxsiyyət tipi anlayışına keçid edib özünü və ətrafındakıları başqa pəncərədən görməyin, daha yaxşı tanımağın, karyera və şəxsi həyatını ən uyğun şəkildə tənzimləməyin, bir sözlə, özünün üst şəxsiyyətini qurmağın yollarını öyrənəcəksən. Nəticədə həyati düşüncələrin daha dərin, sosial həyatın daha rəngli və rahat olacaq. Üstəlik ehtiyacı olanlara daha yaxşı tövsiyə və istiqamət verə biləcəksən.
Kitab romantik çağırışlarla süni emosional xitablar səsləndirmir, düşüncələrə xitab edir; insan xəritəsini qarşına sərib getmək istədiyin yerə doğru yol göstərir. Bir sözlə, bu sənin insantanıma və inkişaf üzrə masaüstü kitabın olacaq.