Məhsul kodu: 11946
Ömrünüzün payızındasınız, uzun illər kitabxanaçı olaraq işləmisiniz və 74 illik ömürdən sizə qalan bunlardır: monoton həyat, tükənməkdə olan bədən, yorucu evlilik və alt-üst olmuş xəyallar. Varlığını da unutduğunuz özünə inam hissinizi geri qaytarmaq və həyatınızda yolunda getməyən çox şeyə səbəbkar olduğunu düşündüyünüz həyat yoldaşınızdan qisas almaq istəyirsiniz. Nə edərdiniz?
Dezayr Kordiyerin qeyri-adi planı var: özünü demensiya xəstəsi kimi apararaq qocalar evinə yollanmaq! Sanki yaddaş və idrak qabiliyyəti onu tamamilə tərk edib və mürəkkəbi silinən səhifələrlə dolu, yararsız kitabçadan başqa bir şey deyil.
Amma həyatın Dezayr üçün fərqli planları var. Onu qocalar evində başqa şeylər gözləyir və bunların arasında yeniyetməliyindən əmanət nakam məhəbbət, qoca faşist fərari və ailə üzvlərinə dair bilmədikləri var.
Belçika ədəbiyyatının xüsusi yazıçılarından biri olan Dmitri Verhulst təkcə mövcudluğumuzun yaddaşla olan möhkəm əlaqəsinə diqqət çəkmir, həm də azadlıqdan ömür boyu məhrum yaşamağa olan aludəçiliyimizi hədəfə alır. Sarkastik yumor qabiliyyəti ilə bəzədiyi kəskin cümlələri üzünüzə gülüş qondursa da, yanağınızı soyuq qış küləyi kimi kəsir və bəzi şeyləri yaddaşınıza həkk edir: özümüzlə üzləşməyin və çıxış yoluna ümid bəsləməyin önəmi kimi.