Məhsul kodu: 12096
Bu kitab portuqal mənşəli dəniz səyyahı Ferrao Maqalyaeşin yelkənlər altında cahanın başına dolanaraq etdiyi ağır, məşəqqətli səyahətdən bəhs edir. Səyyah İspaniyaya mühacirət edir… və uzun keşməkeşlərdən sonra bəşəriyyət tarixində ispan təbirincə Fernando Magellan adı altında yeni səhifə açır. Bu gün elə bir məktəbli yoxdur ki, dünyanı ilk dəfə fırlanıb səyahət edən Magellanın adını tanımasın. Səhifələri çevirərək ağır, uzun sürən dəniz səyahətinə çıxmaq istəyən, sətirlərin arasından gəmilərin bortuna çırpılan okean dalğalarının duzunu duymaq istəyən, özünü vantların, sərənin kəndirlərinə dırmaşan hiss edən, uzaq tropik adaların ədvalarının rahiyəsindən bihuş olmağı arzulayan hər kəsi bu maraqlı macəralı tarixi romanın mütaliəsinə dəvət edirik. Çox maraqlı kitabdır, peşman olmayacaqsınız.