Məhsul kodu: 12104
İndiyədək bir kəlmə belə deməmişəm. Təxminən on bir yaşım var...
Lap balaca olduğum vaxtlardan bəri – bəlkə də, elə bir neçə aylıq olanda belə sözlər mənim üçün şirin, maye halın¬da hədiyyə kimi olub və mən onları limonad kimi içmişəm. Sanki dadlarını da hiss edə bilirdim. Qarışıq düşüncə və hisslərimə məna qazandırırdılar.
Valideynlərim məni həmişə öz söhbətlərinin ağuşuna alırdılar, istər mənalı söhbətlər olsun, istərsə də boş danışıqlar. Onlar kəlmə və səslərdən istifadə edirdilər. Atam mənə mahnı oxuyurdu. Anam isə qulağıma güc verəcək sözlər pıçıldayırdı.
“Bədənini əsirə çevirsə də, ağlına təsir etməyən serebral iflic xəstəliyindən əziyyət çəkən Melodi beşinci sinif şagirdidir. O gəzə, danışa, başqalarının köməyi olmadan yemək yeyə, yaxud öz qayğısına qala bilməsə də, oxuya, düşünə və hiss edə bilir. Hərəkətsiz bədənində həbs olunmuş parlaq zəkalı bu insan fiziki məhdudiyyətlərinə baxmayaraq, dünyada öz izini qoymaqda qərarlıdır. Dreyper yazdığı mövzudan yaxşı xəbərdardır: onun öz doğma qızı Vendi də serebral iflic xəstəliyindən əziyyət çəkir.
“Booklist”, ulduzlu rəy
“Həyatı əlil arabasında keçən və nitq qabiliyyətindən məhrum olan Melodi Brukz öz daxili səsini tapması barəsində olan bu hekayəni danışır. Qızı serebral iflic xəstəliyindən əziyyət çəkən Dreyper əsəri əminliklə yazıb. Melodinin hekayəsinin arxasında dayanan qəzəb əksər peşəkarların (bir həkim Melodiyə əqli qüsurlu diaqnozunu qoyur), müəllimlər və sinif yoldaşlarının insanı dəhşətə gətirən cahilliyinin nümayiş olunduğu səhnələrdə mükəmməl şəkildə göstərilib. Melodi öz valideynlərinə ilk dəfə Sizi sevirəm deyəndə yalnız ürəyinin yerində daş gəzdirənlər göz yaşlarına hakim ola bilər.
“Publishers Weekly”