Məhsul kodu: 3780
Bütün dünya uşaqlarının böyük maraqla oxuduqları əsərlərin müəllifi Astrid Lindqren 1907-ci ildə İsveçin Smoland əyalətində anadan olmuşdur. Uzun illər Stokholmdakı “Raben və Şyörgen” nəşriyyatının uşaq ədəbiyyatı redaksiyasında çalışan Lindqren uşaqlar üçün 30-dan çox kitab yazmışdır. Uzuncorab Peppi , Mio və mənim Miom , Balaca və Karlson onun ən məşhur əsərləridir.
Astrid Lindqren Balaca və Karlson əsərini 1955-ci ildə yazmışdır. Hekayədə təsvir olunan hadisələr 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində – Vazastanda bir evdə baş verir. Hadisələr damda yaşayan Karlson və əsərdə Balaca adlandırılan uşaq ətrafında cərəyan edir.