Məhsul kodu: 4192
Filologiya elmləri namizədi, jurnalist-alim, Azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi Sona Vəliyeva həm də ədəbi tənqid, şeir və digər bədii yaradıcılıq sahəsində çoxsaylı yazıları ilə tanınmışdır. Onun indiyə qədər işıq üzü görmüş «Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi» (2002), «Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası» (2003) elmi-publisistik və “Çəhrayı rəngli dünyam” (2007) şerilər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb.
«Arazbarı» şeirlər kitabı müəllifin şair kimi oxucularla ikinci görüşüdür. Kitabda Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insan qəlbini riqqətə gətirir.