Məhsul kodu: 4749
Upper İntermediate: 2300 words
Dərəcə 5
Birnəfəsə oxuyacağınız bu, həyəcanla bütünləşmiş kitabda həm də İngiliscə - Azərbaycanca qarşılıqlı olduğu üçün zövqlə, istəklə, bezmədən,yorulmadan xarici dil öyrənmiş olacaqsınız.
• İlk olaraq siz qarşılıqlı cümlə tərcüməsini görəcək, cümlələrdə sözlərin hansı qaydada ifadə olunduğunu görəcəksiniz.
• Bu seriyalarda siz ,söz balansınızı artıracaq, ümumi ingilis dilində işlənən minlərlə sözü asanlıqla mənimsəyəcək, dünya ədəbiyyatından xüsusilə seçilmiş əsərlərlə tanış olacaq, istənilən sahəyə aid yeni sözləri öyrənəcəksiniz.
“Balaca Şahzadə” (“Le Petit Prince”) Antuan de Sent-Ekzüperinin ölümündən bir il əvvəl (1943) nəşr olunmuşdur. Maraqlıdır ki, əslində hərbi pilot olan Ekzüperi əsərdəki kimi 1935-ci ildə Afrikadakı Böyük Səhraya təyyarəsi ilə qəza edərək düşmüş və sağ qalmışdı.
“Balaca Şahzadə” dünyada 250-dən çox dil və ləhcəyə tərcümə edilib
Yaponiyada Balaca Şahzadə adında bir muzey, Cənubi Koreyada isə eyni ad və mövzulu bir kənd var.
Ayın bir asteroidi məhz Balaca Şahzadənin adını daşıyır.
Dünyada 4 müqaddəs dini kitab və Marksın “Kapital”ından sonra ən çox satılan kitablardan biri hesab edilir. Hər il təxminən 2 milyon ədəd satılır. Bu günə qədər təxminən 150 milyon civarında satıldığı bilinir.
Kitabda Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, sevgi mövzularına toxunulur. Kitabda qarşılaşılan personajlara uyğun olaraq oxuyucuya dərin mənası olan fəlsəfi mesajlar verilir.
Kitabdan Aforizmlər
“İnsanlar haradadır?” deyərək sükutu pozdu Balaca Şahzadə. “Səhrada insan özünü yalnız hiss edir.” “İnsanların arasında da yalnız ola bilir insan” dedi ilan.
…Sənin gülünün digərlərindən daha dəyərli olmasının səbəbi sənin ona daha çox vaxt ayırmağındır.
Çox sa]olun ki, belə gözəl məhsullar hazırlayıb təqdim edirsiniz. Bu formatlı kitabların daha çox hazırlanmasını istəyərdim, UĞURLAR!
Aysel Rəhimli