Məhsul kodu: 11700
Yazıçının gənclik dövrü müharibə illərinə düşdüyünə görə bir neçə hekayəsində o, bu müharibənin ağrı-acılarından söz açıb. İlk romanında – “Qartal əfsanəsi”ndə müharibə mövzusu epik səviyyədə öz bədii həllini tapır. Müəllif görmədiyi, bilavasitə iştirak etmədiyi müharibəni təsvir edir, o dövrün müharibə romanlarına xas olan bir çox xüsusiyyətlər bu romanda öz əksini tapmışdır. Əsərin qəhrəmanı
İsmayılı yazıçı müharibənin ən ağır sınaqlarından keçirir, azərbaycanlı döyüşçülərin igidliyini, “qartallığını” təsvir edir.