Məhsul kodu: 12072
Mən insanam... Sevinc, həyəcan, ehtiras və əzabın tamıyam, hamısıyam.
Mən insanam... Heç böyümək istəməsə də, içimdə zorla böyütdüyüm körpə səsinin, damarlarımda çağlayan qanın, döyünən ürəyin, qaçılmaz şirin günahların, gizli qorxuların, eqoist arzuların cəmiyəm.
Mən insanam... Verdiyim saysız-hesabsız, bəzən yanlış, bəzən də doğru-düzgün qərarların, tərəddüdlərin, çaşqınlığın, peşmanlığın, məyusluğun, gerçək göz yaşlarının, saxta gülüşlərin məcmusuyam.
Həyat labirintlərində gah tamamilə azıb qalmışam, gah da ən hamar yollarda yürümüşəm. Nə qalibəm, nə də məğlub... Mən savaşın özüyəm. Tanıdınızmı məni?