Məhsul kodu: 12092
“Qardaş Köməyi” romanı Birinci Dünya Müharibəsi illərində rus-erməni ittifaqının Anadoluda, bolşevik-daşnak ittifaqının isə Bakıda tətbiq etdiyi soyqırımı, Nargin əsir düşərgəsindəki qeyri-insani zülmləri təsvir edir. Həmçinin romanda Bakı Müsəlmanları Xeyriyyə Cəmiyyətinin müharibədən ziyan görən türklərə uzatdığı qardaşlıq əli, Qafqaz İslam Ordusunun Bakını xilasetmə əməliyyatı və Azərbaycanın maariflənmə mübarizəsi tarixi və ideoloji kontekstdə əks olunur.